Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın yanvarın 25-də Bakıxanov qəsəbəsi ərazisində xətt avtobuslarının birində mobil telefonunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, mMüraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

DİQQƏT! Bu balıqları YEMƏYİN - QURD VAR - Oxumaq üçün tıkla