“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Məhəmməd Əşrəf Qani deyib.
“Xarici qoşunların sayını dəqiq plana əsasən, sıfıra çatdırmağa çalışacağıq”, – deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, hazırda Əfqanıstanda 14 mindən artıq ABŞ hərbçisi var.
Bundan əvvəl ABŞ və “Taliban” hərəkatı xarici qoşunların ölkədən çıxarılması planını razılaşdırdıqları bildirilmişdi.