ABŞ-la "Taliban" arasında sülh danışıqlarının cari il fevralın 25-də başlamasına dair müvəqqəti razılıq əldə edilib.Milli.Az report-a istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyindən bildiriblər.Qeyd olunub ki, 6 günlük müzakirələrdən sonra razılıq layihəsi əldə edilib. Layihədə sənəd imzalandıqdan sonra 18 ay ərzində ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılacağına dair maddə də var.Məlumata əsasən, ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad yanvarın 26-da Qətərin paytaxtı Dohada danışıqların 6 gün sürdüyünü, müzakirələri davam etdirmək üçün Əfqanıstana gedəcəyini açıqlamışdı."Reuters" bildirib ki, Əfqanıstan hakimiyyətinə ABŞ-la "Taliban" arasında ilkin razılıqla bağlı məlumat verilib.Razılaşma layihəsində aşağıdakı maddələr öz əksini tapıb:- ABŞ 18 ay ərazində hərbi bazası da daxil olmaqla qoşununu Əfqanıstandan çıxarır;- "Taliban" İŞİD və "Əl-Qaidə"nin Əfqanıstan ərazisinə keçməsinin, onların ABŞ-a və müttəfiqlərinə hücum etməsinin qarşısını alır;- "Taliban"a hakimiyyətdə təmsil olunmaq barədə təminat verilib;- "Taliban" Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə edilməyəcəyinə (Pakistandan olan vasitəçilər "Böyük Bəlucistan" layihəsinin bağlanmasını istəyib) təminat verməlidir.Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.Milli.Az