Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Günün qoroskopu - Fərqli işlərə başlaya bilərsiniz - Oxumaq üçün tıkla