Avropa Şurası ən çətin dövrlərindən birini yaşayır. Təşkilatın gələcəyi sual altındadır. Avropa Şurasında bütün ölkələrə bərabər, ədalətli münasibət nümayiş etdirilməlidir. Əgər biz bu təşkilatın gələcəyini təmin etmək istəyiriksə, ilk növbədə, Azərbaycan kimi dövlətlərin bu quruma etimad göstərməsini təmin etməliyik.

Metbuat.az xəbər verir ki, bu fikirləri AŞPA-nın ispaniyalı deputatı Yordi Çukla söyləyib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən vacib, güclü dövlətidir. Olduqca həssas geosiyasi mövqedə yerləşməsi Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Bunu bütün Assambleya üzvləri başa düşməlidir.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla