Makyaj illərdir ki, qadınlara məxsusdur. Amma dünya sürətlə dəyişir və bir çox peşə üçün artıq cinsiyyət əhəmiyyətli deyil.
Metbuat.az xarci mediaya istinadla bildirir ki, kişi makyaj ustaları və stilistlər eynilə qadınlar kimi olduqca işlərinin peşəkarıdır. Bunlardan biri isə 19 yaşlı Cames Charlesdir.
Makyajla bağlı videolar çəkən yutuber Cames Charles ötən günlərdə İngiltərənin Birmingham şəhərində ticarət mərkəzində yerləşən kosmetika mağazasının açılışı üçün dəvət olunan Charlesi görənlər təəccüblərin gizlədə bilməyib. Ticarət mərkəzində 8 mindən çox heyran qarşısında polislər çağırılıb. Açılışda sadəcə 30 saniyə görünüb. Buna baxmayaraq heyranları onu saniyələr içində görmənin sevincini yaşayıblar.




