Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ və Fransa ilə olduqca yaxşı əməkdaşlıq edir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Yerevanda jurnalistlərə açıqlamasında bildirib.
"Amerikalılarla üçlük (ATƏT-in Minsk qrupu - red.) çərçivəsində birgə işləyirik. Hələlik mövcud strukturlar çərçivəsində amerikalılarla və fransızlarla olduqca yaxşı əməkdaşlıq edirik", - Q.Karasin deyib.
Azərbaycan və Ermənistan icmalarının dinc şəkildə birgə yaşamaq səyləri barədə danışan rusiyalı diplomat qarşılıqlı etimadın və çətin problemlərin sülh yolu ilə həllinə səy göstərilməsinin vacibliyini qeyd edib.