Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, o, özü də Hökməli qəsəbəsində yaşayır.
Mənzillərə girən gənc bıçaqla vətəndaşlardan pul, qızıl tələb edib.
Həsən Bayramov - Saxlanılan şəxs: "3 dəfə evə girmişəm, adam olub qaçmışam. Maska taxıb kənddə evə girdim. Bilmirdim evdə adam var. Bıçaqla dedim ki, səsini çıxartma, pul ver. Dedi ki, pulum yoxdu. Dedi ki, uşaqlarım qorxur. Fikirləşdim ki, uşaqları tanıyacaq ordan çıxdım".
Bayramovun sözlərinə görə, əvvəl girdiyi evə yenidən qayıdaraq oğurluğa cəhd edib. Bütün bunları qəbul etdiyi içki və narkotik maddənin təsiri nəticəsində törətdiyini bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
