"Report" Qazaxıstanın İnformasiya və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.
Görüş zamanı tədbir iştirakçıları qeyd ediblər ki, inteqrasiyanı yeni səviyyəyə çıxara biləcək təşəbbüslərdən biri Azərbaycan tərəfinin təşəbbüsü olan Transavrasiya Super İnformasiya Magistralının (TASİM) yaradılması layihəsidir. Onun məqsədi Frankfurtdan Honkonqa qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiberoptik xəttin quraşdırılmasıdır.