Mərakeş krallığında 18 aylıq uşağın dünya ölkələrinin paytaxtlarını əzbər bilməsi görənləri təəccübləndirir.

Publika.az xəbər verir ki, sosial mediaya yayılan görüntülərdə anası ölkələrin adını deyir, uşaq isə paytaxtlarını bir-bir sadalayır. Anası İsrailin paytaxtını soruşanda “Elə bir ölkə yoxdur” cavabını verib.

Balaca uşaq iki dəqiqəlik görüntüdə ən az 65 ölkənin paytaxtını sadalayır.