Ən dəhşətli ağrı müəyyən edildi

Stenford Universitetində Anesteziologiya və Ağrı Tədqiqatları İnstitutunun mütəxəssisləri insanın dözə biləcəyi ən güclü ağrını müəyyən edib.

Metbuat.az sputnik.az-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə bu trigeminal sinirin – üzün ən həssas sinirinin soyuqlamasıdır.

Bu ağrını hiss edənlər onu 10 ballıq ölçünün 10-cu balı ilə dəyərləndiriblər. Qadınlar bu ağrının doğuş zamanı olan ağrıdan güclü olduğunu etiraf ediblər.

Daha sonra isə sırada dözülməz hesab edilən xroniki ağrılar yer alıb. Bura köhnə zədələrdən qalan ağrılar da daxil edilib.

Ən güclü ağrılar reytinqində 3-cü yerdə onkoloji ağrılar yer alıb.

Daha əvvəl isə amerikalı alimlər müəyyən edib ki, qadın və kişilər ağrıya müxtəlif formada reaksiya verir. Güclü cinsin nümayəndələri xəstəlik hisslərini yaxşı yadında saxlayır və yenidən ağrını yaşamalı olduqları zaman kəskin şəkildə reaksiya verirlər. Qadınlarda isə bu hiperhəssaslıq aşkar edilməyib.

Sabah hava necə olacaq? - PROQNOZ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR