Cinsiyyətini dəyişib qadın olmuşdu

Keçirdiyi əməliyyatla tüklərindən xilas olan və cinsini dəyişdirən Aleksandr Veach xəyal etdiyi görünüşə nail olduqdan bir müddət sonra yenidən kişi olmaq istədiyini deyib.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, xəyalındakı kimi görünmək üçün 10 min dollar xərcləyən Aleksandr cinsini dəyişdirəndən sonra kimliyini də dəyişdirib yeni bir həyata başlamışdı. Ancaq işlər düşündüyü kimi getmədi. Fikrini dəyişdirdiyini bildirən Aleksandr qadın olmağın çox bahalı olduğunu, bu səbəblə əvvəlki halına qayıtmaq istədiyini bildirib.

Los Ancelesdə yaşayan 30 yaşlı Veach istifadə etdiyi hormon müalicələri, lazer epilyasiya, sinə böyütmə əməliyyatı və saç kontekstinə verdiyi pulun çox olduğunu qeyd edərək, yenidən kişi olmağa qərar verdiyini deyib.

Ömrünün üç ilini Aria olaraq yaşadığını deyən Veach, anadangəlmə cinsiyyətinə geri qayıtmağa qərar verib.

Veach "hazırda Aleksandr olaraq yaşamaqda qərarlıyam, üç ildir Aria idim. Aria və Aleksin iki fərqli həyatı var" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR