"Adi" insan faciəsi: evi sökülən qadını xurd-xəşil etdilər - FOTO

"Adi" insan faciəsi: evi sökülən qadını xurd-xəşil etdilər - FOTO
12:27 14 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Çində evinin sökülməsinə etiraz edən qadın həlak olub. O, ekskavatorun tırtılı altında qalaran can verib.
 
Milli.Az Xinhua-ya istinadən bildirir ki, olay Çinin mərkəzindəki Hubey vilayətində, İçen şəhərində yaşanıb.
 
49 yaşlı Çjen və 48 yaşlı Yu Çunlara xəbərdarlıq yollayan şəhər bələdiyyəsi yeni neft kəmərinin onların evlərinin yerləşdiyi ərazidən keçdiyini, bu səbəbdən də evin söküləcəyini bildirmişdi.
 
Çjenlə xanımı isə evin sökülməsinə yol verməyəcəklərini deyirdilər.
 
Onlar evin qarşısında növbə ilə keşik çəkir, söküntüyə yol verməməyə çalışırdılar.
 
Günlərlə davam edən qarşıdurma və anlaşılmazlıq sonucda bələdiyyənin səbr kasasını daşdırıb.
 
Evin qarşısına gələn ekskavator tikilini sökməyə başlayıb. Bu dəm Yu Çun irəli atılıb və əllərini yelləyərək "Dayanın!" qışqırıb.
 
Ekskavatoru idarə edən Yu Bin qarşısındakı qadını görməyib və sonucda Yu Çun tırtılın altında qalaraq əzilib, həlak olub.
 
Milli.Az
 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR