İngiltərədə yaşayan Holly Cockerill adlı qadının qısqanclığı üzündən etdiyi hərəkət sosial mediada gündəm olub.
Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, sevgilisinin tez-tez gecə əyləncəsinə getməsindən narahat olan qadın onun üçün xüsusi bir köynək hazırlayıb. Tvitter hesabında etdiyi paylaşımlar ilə tanınan Holly sevgilisi üçün hazırladığı bu köynəyin üzərinə bir paraqraf yazı ilə yanaşı öz fotosunu da vurub.
Köynəyin üzərindəki yazıda “Əgər bu yazını oxuyursansa bu o deməkdir ki, sevgilimə çox uzun müddətdir baxırsan. Əgər mən də burada olsaydım sənə bu fotodakı kimi baxardım. Mən onun sevgilisi Hollyəm” sözləri yazılıb.
Gənc qadının bu hərəkəti sosial mediada böyük marağa səbəb olub. Onun fotosu qısa müddətdə 10.000 bəyənmə alıb. İzləyicilərdən bəziləri isə onun bu hərəkətini tənqid edir.

