Zəlzələdə bir nəfərin dili tutulub, 3 yaralı var - Səhiyyə Nazirliyi

Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub.

Xəsarət alanlara travmotologiya şöbəsində lazımi yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb.

Bir nəfərin həyacandan beyninə qan sızıb. 58 yaşı var reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir.

Aysel Yaqubqızı / Metbuat.az

Bakı şəhərinin bəzi ərazilərində zəlzələ olub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR