“Youtube”da həyətindəki çiçəklər və meyvələrlə bağlı hekayələr yayımlayan Nilson İzaias 72 yaşlı adam minə yaxın abunəçilərinin hər birinin adını kağıza yazaraq təşəkkür edib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bundan sonra kanal qısa müddətdə 897 mindən çox abunəyə çatıb. Nilsonun hazırda 3.2 milyon izləyicisi var.
Sosial mediada sevilsə də Nilson bəzən nifrət dolu sözlər və saxta profillərin də hədəfi olub. Bir neçə gün ərzində videoları milyonlarla izlənən baba “Youtube”u tərk etməyi planlaşdırdığını bildirib.
