Bakı, 1 may, AZƏRTAC
Mayın 3-də Mingəçevir Dövlət Dram Teatrında “Nənənin kələyi” komediyası nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əhməd Orucoğlunun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Rəfael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Rolları Eyvaz Əliyev, Fəridə Məmmədova, Paşa Salmanov, Amil Fərzəliyev, Afiq Yusifov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, “Nənənin kələyi” komediyası uzun illər əvvəl ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub.