Milli.Az xəbər verir ki, bunu qonağı olduğu "5/5"də bir neçə günlüyünə yaşadığı Türkiyədən Bakıya dönən Ayan Babakişiyeva aparıcı Zaur Kamala deyib.Müğənni Zauru yenidən eyni mövzulara (şəxsi həyatı) döndüyü üçün canlı yayımda tənqid edib. Zaur müğənniyə səsini yüksəldərək "Sakit ol da, suala cavab ver" deyib.Ayanla aparıcının dialoqunu təqdim edirik:- Hər kəslə əlaqəni kəsdim. Məcbur qaldım, çıxıb getdim. Neyləməliydim? Amma dönüşüm möhtəşəm oldu. - Sən möhkəm, iradəli qızsan. Niyə belə zəiflik göstərdin?- Zəiflik deyil. Mən uşağım üçün getdim. Nə zəiflik, nə qorxmaq?! Sadəcə, övladım üçün getdim ki, rahat böyüsün. Bunu bir dəfə də sual verdin, mən cavab verdim.- Burada böyüyə bilməzdi ki?- Bəzi məqamlar var idi ki, istəmirdim burada qalmağını.Qeyd edək ki, müğənni qızı Selenanın, anasının, xalasının, qardaşının Türkiyədə olduğunu bildirib.Məhəmməd vaqif
Milli.Az