DİQQƏT! Arıqlamaq istəyənlər gündə 3 dəfə bundan YEYİN-

Alimlərin fikirinə görə, 2025-ci ilə kimi dünyada yaşayan 40% kişilərin və 50% qadınların çəkisi normadan çox-çox artıq olacaq.

Həmçinin mütəxəssislərin müşahidələrinə görə, hər il dünyada artıq çəkisi olan uşaqların sayı təxminən 7% artır. Bu çox təhlükəli statistikadır. Artıq çəki bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir. Bu səbəbdən müxtəlif ölkələrdə yaşayan alimlər və həkimlər bu problemin həlli yolunu axtarırlar.

Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a artıq çəki əleyhinə çox faydalı resept təqdim edib. Həkim bildirib ki, bu resept çəki atmağa yardım edir, qəbizliyin qarşısını alır, bağırsaqların fəaliyyətini gücləndirir, piylənmənin qarşısını alır.

Reseptin hazırlanması olduqca sadədir. Bunun üçün 300 qram gavalı qurusu, 100 qram kətan toxumu, 50 qram zəncəfil, bir ədəd limon və bir ədəd portağalın qabığı qarışdırılır. Qarışım şüşə qaba yığılır. Gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən əvvəl yemək lazımdır.

Həkim əlavə edib ki, bu qarışım piyləri əritməklə yanaşı, həm də sidikqovucudur, antioksidant təsirə malikdir.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda inanılmaz əməliyyat: xəstəyə süni ürək köçürülüb - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR