Əsrlər sonra tarix canlandı

İslamın qızıl dövründə əhəmiyyətli işlərə imza atan Əbul İz İsmayıl əl Cəzəri Anadolunun ən böyük ixtiraçıları arasında yer alır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Cəzərinin qeyri-adi ixtiraları sərgisində bir araya gətirilən əsərlər 800 illik bir tarixə işıq tutur. Təxminən 20 illik çalışma ilə bir araya gətirilən İstanbul Cəzəri muzeyi ziyarətçilərə açılıb.

Sərgidə təxminən min 500 kvadratmetrlik sahədə 16 əsas cihazlayanaşıköməkçi mexaniki sistemlərlə birlikdə təxminən 60qurğu təəssürata sərgilənir.

Bundan başqa sərgidə Cəzərinin hazırladığı qeyri-adi aparatlar və dörd süngülü qapı kilidi, şifrəli kassası, tarixin ilk insan robotu və içki təqdim edən uşaq robotu, qədim Çin, Misir, Yunan və qərb mədəniyyətlərinin elm adamlarından müxtəlif nümunələr yer alır.

Bundan başqa Osmanlı alimi Taküyiddinin mexanik saatının işləyən vəziyyətdəki rekonstruksiyası da ilk olaraq bu sərgidə təqdim olunub.

Təxminən 15 nəfərlik bir komanda tərəfindən hazırlanan sərgi çərçivəsində hər bazar uşaq atelyesi təşkil olunacaq. Atelyedə iştirakçılar Cəzərinin bəzi icadlarını yenidən hazırlamağa çalışacaq. Həftə müddətində açıq olan sərgi 30 iyuna qədər ziyarət edilə biləcək.



 'SERGİYİ EYLÜL AYINDA ANKARA'DA AÇACAĞIZ'




https://metbuat.az/news/1126995/ikinci-el-bazarind...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR