İngiltərənin paytaxtı Londonda yaşayan Debra Goddard adlı qadın 33 il əvvəl ikinci əl əşya bazarından 10 funda bir üzük alıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Debra Goddard pula ehtiyacı olduğu üçün üzüyü satmağa qərar verib və onu zərgərə aparıb. Bir neçə funda satmağı düşündüyü üzüyün həqiqi qiymətini öyrəndikdə isə böyük şok yaşayıb. O, 25.27 karat olan üzüyün həqiqi qiymətinin 740 min fund olduğunu öyrənib.
Bir yardım dərnəyində işləyən və qoruyucu ana olan Goddard hərracda satılan üzükdən 470 min fund qazanıb.
İngilis mətbuatına açıqlama edən Goddard heç gözləmədiyi anda bu pulun onların həyatını dəyişdirdiyini bildirib. O, pulun bir hissəsini 72 yaşlı anasının müalicəsi üçün istifadə etdiyini, digər hissəsi ilə də anasının istəklərin həyata keçirdiyini bildirib.