Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
20:07 15 Fevral 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub. 
Teatrdan "Report"a verilən məlumata görə, “Manyak” tamaşası görkəmli türk yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” pyesi əsasında Oruc Qurbanov tərəfindən qələmə alınıb.  
Ahıl yaşında tənha qalmış iki qadının faciəsindən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Maraqla qarşılanan tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Allahverən Babayev və Emin Fərzullayev ifa ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/lenkeran-dovlet-dram-teatrinda-yeni-tamasanin-premyerasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR