“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Gürcüstanda tutuldu

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Gürcüstanda tutuldu
09:57 16 Fevral 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/731070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR