Tanınmış jurnalist, Mətbuat Şurası İdarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə ağır itki üz verib.
Metbuat.az-ın məlumatına görə, V.Rəhimzadənin bacısı Pakizə Paşayeva dünən gecə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Naxçıvan MR-in Culfa rayonunda yaşayırdı.
Metbuat.az əməkdaşları mərhumun vəfatından kədərləndiklərini bildirir, V.Rəhimzadəyə və yaxınlarına dərin hüznlə bağsağlığı verirlər.
Allah rəhmət eləsin!