30 yaşlı qadının törətdiyi DƏHŞƏTLİ QƏTL– 6 yaşlı qızın boğazını kəsib, qanını içdi - FOTO

30 yaşlı qadının törətdiyi DƏHŞƏTLİ QƏTL– 6 yaşlı qızın boğazını kəsib, qanını içdi - FOTO
15:53 16 Fevral 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda dəhşətli hadisə yaşanıb.

Eltisi ilə dalaşan qadın onun qızının boğazını kəsərək qanını içib.

Cani qadın bu hadisəni törətdikdən sonra kənd sakinləri tərəfindən tutularaq ağaca bağlanıb. Hadisə yerinə polis çağıran kənd sakinləri onun qaçmasına mane olublar. Qadın 6 yaşlı qızı 4 yaşlı bacısının gözləri önündə boğazını kəsərək öldürüb.

30 yaşlı Vamthala Rasmo adlı qatil qadın bu hadisəni öldürdüyü qızın anası ilə dalaşdığı üçün törətdiyi bildirilir.

Belə ki, qatil qadın ilk öncə həyat yoldaşı ilə mübahisə edib. Daha sonra o həyat yoldaşını qardaşına şikayət üçün onun evinə gedib. Orada eltisi ilə mübahisə edən gənc qadın onu ölümlə təhdid edərək oradan ayrılıb. Evdən çıxdıqdan sonra onların həyətdə oynayan iki azyaşlı qızını qaçırıb. Kənddən uzaq bir yerdə iki qızı da öldürmək istəyən qadın bu iyrənc əməlini başa çatdıra bilməyib. 6 yaşlı qızın boğazını kəsərək öldürdüyü zaman onun 4 yaşlı balaca bacısı oradan qaça bilib.

0_PAY-AsiaWire-VisakhapatnamWoman-05

Hadisə yerindən qaçan 4 yaşlı qız kəndə gələrək gördüklərini danışıb. Kəndlilər hadisə yerinə çatdıqda 6 yaşlı qızı qanlar içərisində tapıblar. Polisə ifadə verən kənd sakinləri cani qadının öldürdüyü qızın qanını içərkən də gördüklərini iddia edib.

Kənd sakinləri ağaca bağladıqları qatil qadını polisə təhvil veriblər. (musavat.com)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/269832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR