Şahin Mustafayev: "Qiymətlərin tənzimlənməsində dəyişiklik yoxdur"

Şahin Mustafayev: "Qiymətlərin tənzimlənməsində dəyişiklik yoxdur"
14:27 18 Fevral 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Tarif Şurası ləğv edilməyib. Sadəcə ölkə prezidentinin müvafiq sərəncamı ilə Şuranın katibliyində müəyyən dəyişikliklər ediləcək. Amma bu, o demək deyil ki, tariflər tənzimlənməyəcək". 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri, Tarif Şurasının sədri Şahin Mustafayev deyib. 
Onun sözlərinə görə, bundan sonra da bəzi əmtəə və xidmətlərin, o cümlədən dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənəcək: "Bu qiymətlər Tarif Şurasının və İqtisadiyyat Nazirliyinin  internet səhifəsində yerləşdirilir. Vətəndaşlar apteklərdən də həmin qiymətləri əldə edə bilərlər. Kiminsə hansısa şübhəsi varsa, dəqiqləşdirmə apara bilər. Bir daha bəyan edirəm ki, qiymətlərin tənzimlənməsində dəyişiklik yoxdur".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sahin-mustafayev-qiymetlerin-tenzimlenmesinde-deyisiklik-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR