Möcüzəvi effektə malik sarğılar yaradıldı

Möcüzəvi effektə malik sarğılar yaradıldı
20:42 18 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın MİSiS universitetinin alimləri Mərkəzi Avropa Texnologiya İnstitutundakı həmkarları və digər universitetlərlə ilə birlikdə yanıqlar və kəsiklər zamanı istifadə edilə bilən biouyğun material yaradıblar.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə məqalə Materials and Design jurnalında işıq üzü görüb.

Yeni yaradılan material daha uzun və dəqiq təsiri ilə fərqlənir. Sarğının əsas üstünlüyü ondan ibarətdir ki, o dəyişiklik tələb etmir. Sarğını bir-birinin üzərinə bağlamaq olar.

Sarğı öz analoqlarından daha effektivdir. Antibiotiklər daxilə qəbul edilən zaman təkcə təhlükəli bakteriyaları öldürmür, eyni zamanda faydalı bakteriyaları da öldürür. Bir-birini əvəz edən sarğılar isə sağalmış yaranın bütövlüyün poza bilər.

Bundan başqa, dəyişilən sarğıların effektivliyi 2 saatdan sonra bitir. Ancaq yeni sarğılar 2 gündən çox təsir edir.

Mütəxəssislər sarğıdan təkcə dəri problemlərində deyil, eyni zamanda sümüklərin soyuqdəyməsi zamanı da istifadə edə biləcəyimizi qeyd edirlər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/731764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR