ETSN Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıb

ETSN Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıb
12:08 19 Fevral 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3021716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR