AFFA İntizam Komitəsi hakimləri təhqir edən futbolçuları və baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi hakimləri təhqir edən futbolçuları və baş məşqçini cəzalandırıb
13:47 19 Fevral 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi hakimləri təhqir edən futbolçuları və baş məşqçini cəzalandırıb. 
"Report" xəbər verir ki, Azərbaycan I Divizionunda "Sabah-2"nin futbolçusu Sultan Mustafayev "Zaqatala" ilə matçda iki sarı vərəqəni aldığına görə meydandan kənarlaşdırılarkən hakimi təhqir edib. Oyunçu buna görə 4 matçlıq cəzalanıb, klub isə 320 manat məbləğində cərimə olunub.
Eyni hal Region Liqasında da qeydə alınıb. "Şamaxı"nın oyunçusu Ceyhun Pənahov "Füzuli" ilə görüşdə referiyə qarşı təhqiramız ifadələr işlədib. Gənclər Liqasında "Keşlə"nin futbolçusu Akşin Eyyubov "Səbail"lə oyunda eyni hərəkətə yol verib. Onlar da 4 oyunluq diskvalifikasiya ediliblər. 
AFFA-nın təşkil etdiyi aşağı liqalarda da analoji hallar baş verib. U-17 Liqasında "Sumqayıt"ın futbolçusu Vüqar Quliyevə "Neftçi" ilə matçda hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza verilib.
U-15 liqasında "Mil-Muğan"ın futbolçusu Nihat Həşimli də hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb. Eyni çempionatda "Sumqayıt"ın baş məşqçisi Hikmət Hüseynov hakimə qarşı qeyri-etik ifadələr işlədib. Ona bu səbəbdən 5 oyunluq cəza kəsilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-dan-hakimleri-tehqir-eden-futbolculara-ve-bas-mesqciye-ceza

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR