Traktorsazi azarkeşləri futbol dünyasının gündəmində

Traktorsazi azarkeşləri futbol dünyasının gündəmində
21:12 19 Fevral 2019
134 İdman
Ölkə mətbuatı
A- A+

Təbrizin Traktorsazi komandası fevralın 15-də paytaxt Tehranın İstiqlal komandası üzərində 1-0 hesabı ilə qələbə qazandı. Futbol dünyası hələ də matçı stadionda izləyən Traktorsazinin 100 mindən artıq azarkeşindən danışmağa davam edir.

Hər zaman Türkiyə və Azərbaycan Respublikasında idmansevərlərin gündəmində olan Traktorsazi bu dəfə Təbriz Stadionuna gedən 100 mindən artıq tərəfdarı ilə bütün futbol dünyasının diqqətini cəlb edib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, FİFA daxil olmaqla idman sahəsində fəaliyyət göstərən bir çox qurum və media fevralın 15-də Təbriz Stadionundakı matçı izləyən azarkeşlərin görüntülərini paylaşıb.

"Bu mücadilə türk dünyasında tribunada ən çox tamaşaçının izlədiyi matç olaraq tarixə keçdi," Türkiyənin Yeni Şafak qəzeti həmin oyun haqqında yazıb.

Traktorsazinin son matçında türk azarkeşlər həmçinin üzərində ingiliscə "öz müqəddəratını təyin etmək bir haqdır, cinayət deyil" yazılmış bir plakat nümayiş etdiriblər.

İran Azərbaycanında 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktorsazi futbol komandasının azarkeşləri mütəmadi şəkildə stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirir, siyasi məhbuslara dəstək bildirir və "Urmiyə Gölünün qurudulması", eləcə də qadınların stadionlara giriş yasağına etiraz edirlər.

Milli.Az

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 

 
 
 
 
 
 
 
 

WHAT. A. CROWD!

ŞƏRH YAZ

loading...
Milli.Az - Xəbər Portalı
Azernews Newspaper

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/732180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR