Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib (FOTO)
07:55 21 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistratura pilləsinin məzunları konsert proqramı ilə çıxış edib.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, gecədə Hüseynli Lalə, Abdullazadə Abbas, Şahbazlı Aysel, Əliyev Əmrulla, Mehdizadə Gülşən, Əlizadə Fuad, Cəfərova Aydan, Tağızadə Mahirin ifasında R.Şumanın, F.Listin, A.Məlikovun, F.Şopenin, S. Raxmaninovun, P.Çaykovskinin əsərləri səslənib.

Gənclərin öz istedadlarının nümayişi həmişəki kimi maraqla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin nümayişi və təbliği məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3022627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR