"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"Mən dövlət katibi Maykl Pompeoya tapşırdım və o, Xoda Mutananı ölkəyə buraxmamaqla tam razıdır", - deyə Tramp yazıb.
24 illik Xoda Mutana dörd il terrorçunun arvadı olub. O, döyüşçülərin düşərgəsindən qaçıb. Qadın indi öz uşağı ilə Suriyadakı qaçqın düşərgəsindədir. Xoda Mutana bildirib ki, Alabama sakinidir və ABŞ hakimiyyətindən onu vətənə gətirməyi xahiş edib. Amma Dövlət Departamentində bildirilib ki, Mutana ABŞ vətəndaşı deyil və Birləşmiş Ştatlara buraxılmayacaq. Çünki onun pasportu, viza hüququ yoxdur.