"Çelsi"yə növbəti zərbə FİFA-dan gəldi - Transfer qadağası

"Çelsi"yə növbəti zərbə FİFA-dan gəldi - Transfer qadağası
13:52 22 Fevral 2019
106 İdman
Ölkə mətbuatı
A- A+

FİFA İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" klubunu cəzalandırıb.

Milli.Az qurumun saytına istinadən xəbər verir ki, London klubu 18 yaşdan aşağı futbolçuların transferlərində qanunsuzluğa yol verdiyi üçün transfer cəzasına məruz qalıb. Ali futbol qurumu "Çelsi"yə növbəti iki transfer dönəmində futbolçu transfer etməmək qadağası qoyub.

Bundan əlavə, "mavilər" 970 min avro cərimə də edilib.

Qeyd edək ki, hazırda çətin günlərini yaşayan "Çelsi" İngiltərə Premyer Liqasında 50 xalla 6-cı pillədə qərarlaşıb.

Elçin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/733031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR