Son məlumata görə, Toksikologiya şöbəsinə yerləşdirilənlər evlərinə buraxılıb. Vəziyyətləri yaxşıdır.

XXX

Bakıdakı yanğınla bağlı Respublika Toksikologiya Mərkəzinə yerləşdirilənlərin sayı artıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Metbuat.az-a açıqlama verib.

O bildirib ki, 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib. 3 aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Toksikologiya şöbəsinə gətirilib.

Onların vəziyyətləri orta ağırdır.

Aysel Yaqubqızı / Metbuat.az