Bakı, 2 may, AZƏRTAC
ABŞ-ın Ayova ştatlında quş qripi virusunun sürətlə yayılması səbəbi ilə fövqəladə vəziyyət elan edilib. Bu barədə ştatın qubernatoru Terri Bransted məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl ştat rəhbərliyi burada ev quşları arasında daha beş yeni H5N2 virusu ocağının qeydə alındığını bildirib. Nəticədə Ayovada xəstəliyə yoluxan quşların sayı 5,5 milyon, bütün ölkədə isə müxtəlif hesablamalara görə, 20 milyon başa çatıb. Yerli baytarların sözlərinə görə, hələ ABŞ tarixində bir dəfəyə bu qədər toyuq və hind quşunun yoluxması halı baş verməmişdi.
Ayova ABŞ bazarına yumurta çıxaran aparıcı ştatlardan biridır. O, quş qripi səbəbi ilə fövqəladə vəziyyətin tətbiq edildiyi artıq 3-cü ştat olub. Aprel ayında belə bir qərarla Minnesota və Viskonsin ştatlarının rəhbərliyi də sıxış etmişdi.
Ötən ilin dekabr ayında ölkədə ev quşları arasında virusun yayılması elan olunduqdan sonra onlarla dövlət ABŞ-dan quş əti ixracını tamamilə dayandırıb və ya ona məhdudiyyətlər qoyub.