Orqanizmi yaza hazırlamaq üçün PULSUZ MÜALİCƏ -

Birazdan qış yerini bahara verəcək. Qışdan zəiifləmiş halda çıxacağıq.

Metbuat.az xəbər verir ki, Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist Ərşad Əzimzadə sosial media hesabında bildirib ki, bu hal bütün canlıların əsas qidası sayılan Günəş işığının və vitaminli qidaların az olması ilə bağlıdır:

"İnsan təbiətin ayrılmaz tərkib hissəsi, kiçik bir zərrəsi olduğu üçün ətrafımızda baş verən proses, yəni təbiətin oyanması və canlanması prosesi bizim cismimizdə və ruhumuzda təkrarlanacaq. El arasında bu prosesə gedən vaxta "qan qaynıyan vaxt" deyirlər. Bəli, bahar Günəşinin təsiri altında qan təzələnməyə başlayır.
Payız-qış aylarında Günəş işığı az olduğu üçün insan orqanizmində mikroblar və bakteriyalar sürətlə artıb - törəyir, "sağlamlıq keşikçiləri" sayılan hüceyrələr isə zəifləyir, qırılır, "müdafiə ordusunun" sıraları seyrəlir. Bu "ordunun" sizin köməyinizə böyük ehtiyacı var. Mikrobları və bakteriyaları kütləvi şəkildə qırmaq - "orduya" göstərilən ən gözəl yardım olar. Düşməni necə qırmaq olar?

Məlumdur ki, mikrobların sevimli qidası - bədəndə yığılıb qalan şlakdır. O, həzmə getməyən, yığılıb bədəndə qalan ölü (bişmiş, duza və şəkərə qoyulmuş, rafinləşdirilmiş) qidaların çürüntüsüdür. Elə adamlar var ki, bədənində 20-30-40-50 kq və daha çox şlak gəzdirir. Belə bədəndə virus daşıyıcıları yaxşı qidalanır və daha böyük sürətlə artıb-törəyir. Kök adamların tez-tez xəstələnməsini bununla izah etmək lazımdır.
Şlakdan təmizlənməyin ən sürətli və pulsuz üsulu aclıqla müalicədir. O, qısamüddətli (1-3-5-7-10 sutka) və uzunmüddətli 1(0-110 sutka) olur. Hər iki müddət faydalı və təhlükəsizdir. Bədənində şlak çox olan xəstələr (şəkərli diabet, vərəm və ağır ürək xəstələrindən başqa) uzunmüddətli aclıqdan istifadə etsələr - səmərə güclü olar.
Aclıqla müalicənin qaydaları sadədir, lakin ona əməl etmək zəruridir. Aclıq vaxtı bütün qidalardan imtina etmək, yalnız distilə edilmiş və ya qaynamış su içmək olar. Suyu nə qədər çox içsəniz - təmizlənmə bir o qədər sürətlə gedər. Suyu ilıq şəkildə və kiçik qurtumlarla için. Su qəbulunu saat 18-də dayandırın".

Ə.Əzimzadə bildirib ki, aclıq dövründə ayaqları isti saxlayın, ağır işdən və idmandan imtina edin, açıq havada sakit gəzin. Gərginlik yaradan filmlərə və verilişlərə baxmayın, xoşlamadığınız adamlardan uzaq durun, gözəl mənzərələrə baxın, gözəl musiqilərə qulaq asın, xoş auralı insanlarla ünsiyyət qurun. Aclıq dövründə xoşagəlməz hadisələr baş verə bilər - dərinin səpməsi, qaşınma, ishal, qusma, mədənin və ya başın ağrıması, əsəbilik və s. Narahatçılıq üçün əsas yoxdur - bədəndə yenidənqurma prosesi gedir.

Ə.Əzimzadə əlavə edib ki, bəzi adamlar aclığı noemal keçirir, lakin aclıqdan çıxmaq qaydalarına dəqiq əməl etmir. Bununla da, fayda əvəzinə, özünə zərər vurur. Zəifləmiş bədəni dərhal güclü qidalarla yükləmək olmaz. İlk 3-5 gün ərzində meyvə-tərəvəz şirələrinə su qatıb (50:50 ) gün ərzində ilıq şəkildə, qurtum-qurtum içmək lazımdır. Sonrakı 3-5 gün şirələri susuz qəbul etmək olar. Yalnız bundan sonra şirələrlə bərabər 2-3 dəfə tərəvəz salatı, gündə 1 dəfə 5-8 ədəd qoz (yaxud 10-15 badam, yaxud 10-15 fındıq) yemək olar. Menyuda ət, yağ, çörək, un məmulatları, şəkər, duz nə qədər az olsa, müalicənin səmərəsi bir o qədər çox olacaq. Ağır xəstələr uzunmüddətli aclıq keçirsələr effekt ala bilərlər. Özlərini sağlam sayanlar isə həftədə 1 sutka ac qalmaqla bədənlərini təmiz saxlaya bilərlər.

Aysel Yaqubqızı / Metbuat.az

10 gündə 10 kiloqram arıqladan qarabaşaq pəhrizi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR