Avstraliyada yaşayan piton bir qadının ayaqqabısının içinə girərək Şotlandiyaya qədər səyahət edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Moira Boxel adlı qadın tətil üçün getdiyi Avstraliyadan Şotlandiyanın Glosqov şəhərinə qayıtdıqda çemodanındakı ayaqqabıda kiçik bir pitonla qarşılaşıb.

Qadın ilanın 15 min kilometr yol boyunca dəri dəyişdirdiyini də bildirib. Boxelin daha sonra heyvan xilasetmə şirkətinə müraciət etməsi ilə piton qoruma altına alınıb.

2016-cı ildə də Meksikada təyyarə kabinəsinə girən ilan qorxu dolu anların yaşanmasına səbəb olmuşdu.

http://metbuat-az.com/news/1135381/300-illik-heyke...