İngiltərənin Devon qraflığındja yaşayan 25 yaşlı Laura Raytın dediyinə görə, indiki ərilə avtobusda tanış olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, 62 yaşlı Stiv Çörçvordla arasında münasibətlərin təməlinin 2015-ci ildə qoyulduğunu deyib.
Stiv avtobus sürücüsüdür. Laura da hər gün həmin avtobusa minib işə gedirdi.
Beləcə, söz-sözü gətirib və onlar tanış olublar. Tanışlıq sonradan Facebook-da davam edib.
"Bundan bəxtəvər həyatı təsəvvür edə bilmirəm. Uşaqlarım Stivə "ata" deyir, onu ata sayırlar", - Laura deyib.
6 yaşlı Braydon və 5 yaşlı Kir, gerçəkdən də, Stivi çox sevdiklərini deyirlər.
Üç övlad atası Stiv Çörçvorldsa Lauranın atası yaşında olsa da, xanımı ilə evlənmək qərarında tərəddüd etmədiyini deyib. Stivin övladları arasında ən kiçiyi Lauradan 5 yaş böyükdür.
2015-ci ilin noyabrında birlikdə yaşamağa başlamış Stivlə Laura 2017-ci ilin iyun ayında evləniblər.
Milli.Az