Bakı. 1 mart. REPORT.AZ/ Radikal "Taliban" qruplaşmasının silahlıları Əfqanıstanın Hilmənd vilayətində hərbi bazaya hücum ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Tolo News" telekanalı məlumat verib.
Hücumda 27 silahlı iştirak edib. Yerli hökumət orqanlarının məlumatına görə, hərbçilər hücumu dəf ediblər. Doqquz silahlı öldürülüb.
Əfqanıstan Silahlı Qüvvələri ərazinin təmizlənməsi üzrə əməliyyatları davam etdirir.
Hələlik hərbçilər arasında yaralıların olması barədə məlumat yoxdur.