Xəbər verdiyimiz kimi, aktrisa Hande Erçelin anası Aylin Erçel bir müddət əvvəl vəfat edib.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi xəbərə görə, aktrisa anasını itirdikdən sonra ilk dəfə jurnalların birinə açıqlama verib:

"Allah heç kimə yaşatmasın. Çox darıxıram. Çox zaman susmağı seçirəm. Amma hər zaman susmaq onu yox saymaq sayılır. Günlərim içimdəki dərin acını yaşayaraq, bununla yaşamağı öyrənməyə çabalayaraq keçir. Çalışaraq həyata tutunuram. Təbii ki, ən böyük dəstəkçim atamdır. İzah edilə bilməyən hissdir".

Sabahın hava proqnozu açıqlanıb - RƏSMİ - Oxumaq üçün tıkla