"Tolerant mühit əldə olunmuş nəaliyyət deyil, bu bizim həyat tərzimizdir. Bu bizim bəşər övladı olduğumuzu dəyərləndirməyimizdir".
Metbuat.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova "Dinlərarası və sivilizasiyalararası dialoq" dan əməkdaşlığa doğru tədbirdə çıxışı zamanı deyib.
B.Muradova bildirib ki, Azərbaycan İslam ölkələri içərisində yeganə ölkədir ki, ilk dəfə demokratik cümhuriyyət qurub:
"Azərbaycan insanlarım etnik mənsubiyyətindən, dini inancından, siyasi dünyagörüşəndən, hansı cinsə mənsub olmasından asılı olmayaraq vətəndaş cəmiyyəti quruculuğuna cəlb olunması və bərabər hüquqlarla təmin olunması istiqamətində müsəlman Şərqində ilk addım atıb. Bu bütün dünyanı, demokratik cəmiyyətləri hədəf götürən insanlığın nəaliyyətidir. Bu gün dinlər və dini konfessiyalar arasında, xalqlar və dinlər arasında harmoniyanı, dialoqu, qarşılıqlı yardımlaşmağı və əməkdaşlığı əldə etmək üçün hamının digər dinə məxsus şəxslərlə bu dünyaya və taleyimizə cavabdeh olduğunu anlaması lazımdır. Bu tədbir də bunun bariz nümunəsidir".
Bahar Muradova qeyd edib ki, Azərbaycan əməkdaşlıq, dialoq məkanıdır, dünyaya sülh çağırışı edən ölkədir:
"Çünki Azərbaycan özü münaqişələrə, terrora məruz qalıb. Bunları bildiyimiz üçün hamımızın birgə sülhə xidmət etməyimizin vacib olduğunu düşünürük. Eyni zamanda dini, siyasi, iqtisadi, mədəni əlaqələrimizdən, imkanlarımızdan vurğuladığım sülh və əmin-amanlığın, təhlükəsiz dünyanın yaranmağına xidmət etməyi düşünür və bu çağırışı edirik. Hüquqi dövlətin əsas işi tərəqqiyə və sosial iqtisadi inkişafa gətirib çıxaran cəmiyyət qurmaq və bu cəmiyyətin mərkəzi fiquru olan insan rifahını təmin etmək üçün çalışmaqdır. Azərbaycan dayanaqlı inkişaf məqsədlərinə əməl edir. Bu məqsədlərin içərisində dini və etnik, mədəniyyətlərarası dialoqun əməkdaşlığa keçidi çox vacibdir. Bugünkü konfans bu keçidi təmin etmək üçün təmsil etdiyimiz ölkələrdə nəaliyyəti bölüşməklə, ən əsası ölkəmizin BMT-yə üzv olarkən üzərinə götürdükləri öhdəliklərə insan hüquq və azadlıqlarını qoruyaraq cəmiyyət qurmaq və insanların hüquqlara əlçatanlığını təmin etmək öhdəliyini yerinə yetirməkdir".
Günay Elşadqızı / METBUAT.AZ