Sosial mediada yayılan görüntülər böyük əks-sədaya səbəb olub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, mübahisələrə səbəb olan görüntülərdə adı açıqlanmayan bir adam 2200-ci ildən gəldiyini deyib. Gələcəkdə yaşanacağını iddia etdiyi bəzi hadisələri paylaşan adam dedikləri ilə diqqət çəkib.
Zaman maşını sayəsində həm keçmişdə, həm də gələcəkdə olduğunu deyən zaman səyahətçisi hekayəsini danışmağa qərar verib. 2028-ci ildə zaman maşınının icad edildiyini deyən zaman səyahətçisi keçmişdən gəlmə səbəbindən də bəhs edib.
Zaman maşınının kəşfi ilə birlikdə çox gizli bir proqramın parçası olduğunu deyib. O, layihədəki bəzi şəxslərin 2100 ilinə, bəzilərinin isə 2200 ilinə getdiyini deyib.
Zaman səyahətçisinin danışdıqlarına görə, dünya 2200-ci ildə inqilabi bir dəyişiklik keçirir və bu dəyişikliyi hazırda xəyal etmək mümkün deyil.
2200-ci ildən 1903- cü ilə gedən adam beləliklə dünya tarixində ilk uçan təyyarəni gördüyünü və təyyarəni icad edən “Wright qardaşlar”la tanış olduğunu iddia edib.
1903-cü ilə yalnız getdiyini deyən zaman səyahətçisi zaman maşınının düzgün işləmədiyini və bu səbəblə 2028-ci il getmək yerinə günümüzə gələ bildiyini deyib. Videonu izləyən istifadəçilərin bəziləri gördüklərini böyük maraqla qarşılayıb.
Bir çox istifadəçi isə onun danışdıqlarına inanmayıb və adı açıqlanmayan zaman səyahətçisinin yaxşı bir aktyor olduğunu deyiblər.