Kataloniya polisi (Mossos d'Esquadra) bir neçə polis əməkdaşına bıçaqla hücum etməyə çalışan şəxsi saxlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, insident patrul maşınının əlində bıçaq olan kişini görməsindən sonra başlayıb. Polis əməkdaşı kişiyə yaxınlaşmaq istəyən zaman o hücum etməyə çalışıb və sonra qaçıb.
Məlumata əsasən, silahlı şəxs tapıldıqdan sonra bir daha polis əməkdaşlarına hücum etməyə çalışıb. İnsident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları xəsarət almayıblar. Hücum edən şəxs saxlanılıb.
Milli.Az