Cenevrə Avtomobil Sərgisində Koenigsegg 1.600 at gücündə yeni avtomobilini təqdim etdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, isveçrəli avtomobil istehsalçısı Koenigsegg-in yeni avtomobili izləyicilərin diqqətini öz üzərinə toplamağı bacardı. Avtomobil Christian von Koenigsegg-in atasının adını daşıyır. Belə ki, Christian von Koenigsegg, bu gün xüsusi şəkildə atasının xatirəsinə Koenigsegg Jesko-u özəl təqdimatda təqdim etdi.

Koenigsegg Jesko 5 litrlik V8 mühərriki və 9 sürətli ötürücüyə malikdir. İstifadə edilən yanacaq növünə görə, Jesko sürətini 1,600 at gücünə çatdıra bilər.

Koenigsegg avtomobilin dizaynında pistonlardan motora qədər dünyanın ən yüngül materiallarını seçib ki, buda avtomobilin sürətini artır. Beləliklə avtomobilin ağırlığını 1,420 kq azalıb. Avtomobilin simsiz şarj cihazı, 9 düymlük məlumat-əyləncə sistemi və əlbəttə USB portları var.

Koenigsegg Jesko modelini 3 milyon dollara satacaq. Sifariş zamanı qiymət fərqi əyləncə sisteminə və avtomobilin daxili dizaynının özəlləşdirilməsinə görə arta bilər. Əlavə edək ki, baz modeli digər paketlərdən güc baxımından fərqlənmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Koenigsegg yeni 1600 at gücünə sahib avtomobilini təqdim etdi - VİDEO Koenigsegg yeni 1600 at gücünə sahib avtomobilini təqdim etdi