Bu il ən çox bu smartfonlar satılıb

"Business Insider" nəşri 2019-cu ildə buraxılacaq ən çox gözlənilən smartfonları açıqlayıb.

Metbuat.az ICTnews-a istinadən bildirir ki, siyahıda "Samsung Galaxy Fold" və "Note 10", "Huawei Mate X", "Motorola Razr", "Google Pixel 3 Lite", "OnePlus 7", eləcə də "Apple" qurğuları yer alıb.

Bildirilir ki, qiyməti təxminən 2 min dollar təşkil edən qatlanan ekrana malik "Samsung Galaxy Fold" qurğusundan həm adi smartfon, həm də planşet kimi istifadə mümkündür.

Nəşr tərəfindən "Samsung Galaxy Note 10" smartfonu də xüsusi qeyd olunub. Bu model sırası "Galaxy S" seriyası ilə müqayisədə böyüdülmüş ekran və stilus (elektron qələm) ilə seçilir. İstehsalçı tərəfindən yeni qurğunun ənənəyə uyğun olaraq yayın sonunda təqdim ediləcəyi gözlənilir.

Çin istehsalçısına məxsus "Huawei Mate X" smartfonu "Samsung Galaxy Fold" kimi, bükülən ekrana malikdir. İstehsalına ilin ortalarında başlanılacaq "Mate X" modelinin qiymətinin 2,6 min dollara bərabər olacağı proqnozlaşdırılır.

2000-ci illərin əvvəlində populyar olan "Motorola Razr" modeli yenilənmiş formatda təqdim oluna bilər. Qiyməti 1,5 min dollar təşkil edəcək model yuxarıda qeyd edilən qurğular kimi, qatlanan ekranlı olacaq.

"Google Pixel 3 Lite" qabaqcıl "Pixel 3" modelinin nisbətən bahalı versiyasıdır. Bununla belə, yeni qurğunun qiyməti hazırda 749 dollara satılan "iPhone XR" modelindən ucuz olacaq.

"OnePlus 7" smartfonu "Business Insider" nəşrinin 2018-ci ilin ən yaxşılarından hesab etdiyi "OnePlus 6T" modelini əvəzləyəcək. Yeni qurğu "Qualcomm Snapdragon 855" prosessoru əsasında işləyəcək.

Siyahıya "Apple" şirkətinin məhsulları da daxildir. ABŞ istehsalçısı bu il son "iPhone XR", "iPhone XS" və "iPhone XS Max" smartfonlarını əvəzləyəcək 3 yeni "iPhone" modeli buraxmağı planlaşdırır.

Diqqət! Bu qidalar yorğunluq və halsızlıq yaradır / SİYAHI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR