Cənubi Afrikanın Port Elizabet limanında köpək balığının fotosunu çəkmək istəyən 51 yaşlı dalğıc Rainer Schimpf bir anda nəhəng balinanın ağzında olduğunu görüb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, 15 ildir dalış turu operatorluğu edən Rainer Schimpf bir anda özünü 30 tonluq balinanın ağzında tapıb. Balina Schimpfi ağzındakı digər balıqlarla birlikdə kənara tullayıb.
İlk dəfə başına belə bir hadisə gəldiyini deyən Schimpf həmin an nələr hiss etdiyindən bir videoda bəhs edib.
Həmin gün birlikdə olan Schimpf və komandası dəniz heyvanları haqqında film çəkməyə çalışırdılar. Komanda İki qrupa ayrılmışdı və Schimpin komandası sahildən 25 mil uzaqda idi.
Dalğıcın həmkarı Heinz Toperczer qorxunc hadisəni qeyd edib. Heinz qrupu Schimpfi çəkərkən suya girməyib.




