Suriyanın Palmir şəhəri yaxınlığında yerləşən Homs əyalətində yaraqlıların basdırdığı minanın partlaması nəticəsində azı 8 dinc sakin ölüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, İŞİD terrorçularının Palmir səhrasındakı Arak kəndində basdırdıqları minanın partlaması nəticəsində səkkiz dinc sakin ölüb, daha 11 nəfər yaralanıb.