Türkiyə tərəfi Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırdığı iddianamənin ölkənin ali məhkəməsinə göndərilməsini əsaslı sayır.

Metbuat.az-ın məlumatına görə, Azərtac Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, PKK terror təşkilatı ilə əlaqəsi olan 36 şübhəliyə qarşı BHP-nin qaldırdığı cinayət işinin Belçika Federal Prokurorluğu tərəfindən ləğv olunması Türkiyənin etirazına səbəb olub.

Bildirilir ki, Türkiyə tərəfi müttəfiqi Belçikadan terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmağa gözləyir.