Qətər dövləti Qəzzadan olan 55 min ailənin hər birinə yüz dollar olmaqla maliyyə yardımı göstərib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yardımın Qəzza əhalisinə banklar vasitəsilə çatdırılacağı bildirilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Qətər hökuməti Qəzza əhalisinə 150 milyon dollarlıq humanitar yardım göndərmişdi. Bu il yanvarın 28-də isə rəsmi Doha Qəzzada humanitar problemlərin həlli üçün BMT-yə 20 milyon dollar ayırmışdı.
Milli.Az