“Report” Kostanay təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 24 yaşlı futbolçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb. Bunadək ölkə xaricində çıxış edən hücumçular - Dmitri Nazarov (“Aue”, Almaniya), Rüfət Dadaşov “Proyssen” (Almaniya) və Ramil Şeydayevin (“Krılya Sovetov”, Rusiya N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.